"çelsi" növbəti transferini rəsmiləşdirib. Matc.az xəbər verir ki, Premyer Liqa nəhəngi 21 yaşadək futbolçulardan ibarət Fransa yığmasının və Lion "Olimpik"inin sağ cinah müdafiəçisi Malo Qustonu heyətinə qatıb.
 
19 yaşlı futbolçu ilə müddəti 2030-cu ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. Amma Qusto bu mövsümün sonunadək Lion klubunda icarə əsasında oynamağa davam edəcək. O, "çelsi"yə yayda qoşulacaq.
 
"çelsi" bu transfer üçün Fransa klubuna 30 milyon avro ödəyib. Əlavə bonuslarla "Olimpik" 35 milyon avro qazanacaq.
 
Qusto "Olimpik"in öz yetirməsidir. O, 2021-ci ildən formasını geyindiyi əsas komandada 54 oyuna çıxıb.
 
Lion klubu yarımmüdafiəçiləri Kamilo ilə Romeyn Favrı da icarəyə göndərib. Kamilo Belçikanın "Molenbek", Favr isə Fransanın digər klubu "Loryan"a icarəyə verilib. Onların hər ikisi bu mövsümün sonunadək icarədə olacaqlar. "Loryan" Favrın 6 aylıq icarəsi üçün "Olimpik"ə 1 milyon avro ödəyəcək. Belçika klubu ilə anlaşmanın detalları isə açıqlanmır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest