07 Fevral 2023, 17:22
FUTBOL
Türkiyədə baş vermiş faciəvi zəlzələ qurbanlarının xatirəsi AFFA tərəfindən təşkil olunan bütün yaş qrupları üzrə liqaların və Region Liqasınının oyunlarında 1 dəqiqəlik sükutla yad ediləcək.
Matc.az xəbər verir ki, bu barədə milli assosiasiyanın mətbuat xidməti məlumat yayıb:
“Həyatını itirənlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik!.
Xatırladaq ki, daha əvvəl Azərbaycan Premyer Liqasında XXI turun "Şamaxı" - "Turan Tovuz" və "Sabah" - "Səbail" matçlarında zəlzələ qurbanlarının xatirəsi yad olunub.