"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Rumıniya klublarının diqqət mərkəzinə düşüb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, bir neçə komanda rəhbərliyi 48 yaşlı mütəxəssisin "Neftçi"dəki durumunu diqqətlə izləyir.
 
Bildirilib ki, "ağ-qaralar" komandanın Premyer Liqada nəticələrindən məmnun deyil və üçüncülüyü uğrusuzluq hesab edir. Həmçinin azarkeşlər də üçüncü pilləni qəbul etmirlər. Bu üzdən Regekampfın paytaxt təmsilçisində qalmaq üçün yeganə şansı Azərbaycan Kubokunu qazanmaqdı. Əks təqdirdə, onunla 2024-cü ilin yayınadək olan müqavilənin yayda ləğvi nəzərdə tutulub.
 
Rumıniya klubları da "Neftçi"nin ölkə kubokundakı çıxışını səbirsizliklə gözləyirlər. Komanda mövsümü titulsuz başa vursa, o zaman həmyerliləri Regekamfla təmasa keçəcək.
 
Qeyd edək ki, "Neftçi" Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda "Turan Tovuz"a səfərdə 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında cavab matçı sabah baş tutacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest