Abdullayevdən fərqli, Cəbrayıl Yelekov (81 kq) yarımfinalda mübarizəni dayandırıb. O, Aleksandr Poxrebnyakla (Ukrayna) çətin keçən görüşdə 2:3 (29:28, 28:29, 28:29. 28:29, 29:28) hesabı ilə məğlub olub. Nəticədə Yelekov qitə birinciliyini 3-cü yerdə başa vurub.

Rusiyanın Vladiqafqaz şəhərində 22 yaşadək kişi və qadın boksçular arasında Avropa çempionatında yarımfinal mərhələsi başa çatıb. Matc.az xəbər verir ki, bu mərhələnin ikinci gününün qarşılaşmalarında Azərbaycan millisinin daha 2 üzvü rinqə çıxıb.

Yığmamızın liderlərindən Məhəmməd Abdullayev (+91 kq) Luka Pratlyaçiçlə (Xorvatiya) gücünü yoxlayıb. Boksçumuz rəqibinə heç bir şans verməyib. M. Abdullayev 5:0 (30:27, 29:28, 30:26, 30:27, 30:27) hesabı ilə qalib gələrək, finala vəsiqə qazanıb. O, həlledici görüşdə almaniyalı Viktor Yurkla üz-üzə gələcək.

Abdullayevdən fərqli, Cəbrayıl Yelekov (81 kq) yarımfinalda mübarizəni dayandırıb. O, Aleksandr Poxrebnyakla (Ukrayna) çətin keçən görüşdə 2:3 (29:28, 28:29, 28:29. 28:29, 29:28) hesabı ilə məğlub olub. Nəticədə Yelekov qitə birinciliyini 3-cü yerdə başa vurub.

Bu, Azərbaycan millisinin Vladiqafqazda qazandığı ikinci bürünc medal olub. C. Yelekovdan öncə Rüfət Hüseynov (49 kq) da turnirin üçüncüsü adına layiq görülüb.

Qeyd edək ki, final görüşləri bu gün olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest