İtaliya A seriyasının XXXVI turunda "Udineze" ilə keçirilən səfər oyunu "Latsio" üçün əlamətdar olub. Matc.az xəbər verir ki, 1:0 hesablı qələbə qazanan romalıların cari mövsüm qol buraxmadığı görüş sayı 20-yə çatıb.
 
"Latsio" bununla hər qələbəyə üç xalın verildiyi 1994-cü ildən bəri A seriyasında 20 qarşılaşmanı quru hesabla başa vuran dördüncü komanda olub.
 
Paytaxt təmsilçisinə qədər "Roma" (2003-04, 2013-14 mövsümləri), "Milan" (2010-11) və "Yuventus" (2011-12, 2013-14, 2015-16, 2017-18) bunu bacarıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest