"Latsio"nun hücumçusu çiro İmmobile İtaliya çempionatında romalıların heyətində 200-cü qolda yaxından iştirak edib. Matc.az xəbər verir ki, yubuley topu A seriyasının XXXVI turunda "Udineze" ilə görüşə təsadüf edib.
 
Qarşılaşmada yeganə qolun müəllifi olan İmmobile ümumilikdə 162 qol, 38 məhsuldar ötürmə ilə yadda qalıb. 33 yaşlı forvard İtaliya çempionatı tarixində 200 qol həddinə çatan üçüncü oyunçu olub.

Ona qədər Françesko Totti ("Roma" - 244) və Antonio Di Natale ("Udineze" - 255) bir klubun heyətində qol və assist sayında 200-ü keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest