PSJ-nin hücumçusu Lionel Messi Fransa çempionatının XXXVI turunda "Oser" üzərində 2:1 hesablı qələbəyə bir assistlə töhfə verib. saytı xəbər verir ki, argentinalı superulduz bununla yeni rekord müəyyənləşdirib.
 
O, bununla cari mövsüm bütün turnirlərdə 20 qol və 20 məhsuldar ötürmə göstəricisinə çatıb. Messi "Top-5" liqalardakı oyunçular arasında bunu reallaşdıran ilk oyunçu olub.
 
Qeyd edək ki, Lionel Messi bu mövsüm PSJ-nin heyətində 39 oyunda iştirak edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest