"Napoli"nin baş məşqçisi Luçano Spalletti komandadan ayrıla biləcəyinə işarə edib. Matc.az xəbər verir ki, çalışdırıcı İtaliya A seriyasının XXXVI turunda "İnter"i 3:1 hesabı ilə məğlub etdikləri matçdan sonrakı mətbuat konfransında maraqlı fikirlər səsləndirib.
 
İtaliya KİV-i Ançelottinin açıqlamalarından onun ayrılacağı anlamını çıxarıb:
 
"Hər gün fikrinizi dəyişməyəcəksiniz. Bu, uzun müddətdi "dəmlənir". Səhərdən axşama kimi işləyəndə bəzi fikirlər yaranır. Bu insanlara layiq olduqları hər şeyi verə biləcəyinizə əmin deyilsinizsə, bu barədə düşünmək lazımdı. Hər şeyi fikirləşirsən, son nəticəyə gəlirsən".
 
Qeyd edək ki, Spalletti "Napoli"yə 33 ildən sonra İtaliya çempionluğu qazandırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest