"Bavariya" Duşan Vlahoviçi transfer edə bilər. Matc.az xəbər verir ki, Münhen klubu "Yuventus"un hücumçusunu almaqda maraqlıdı.
 
"Qoca sinyora" qarşı tərəfdən təklif gələcəyi təqdirdə, bunu nəzərdən keçirəcək. Turinlilər özləri Serbiya millisinin üzvünü satmaqda maraqlıdı. Sadəcə, bunun üçün sərfəli təklif gəlməli və Vlahoviçə layiqli əvəzləyici tapılmalıdı.
 
Qeyd edək ki, 23 yaşlı hücumçu bu mövsüm A seriyasında keçirdiyi 26 oyunda 10 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest