"İnter"in baş məşqçisi Simone İnzaqi postunda qalacaq. Matc.az xəbər verir ki, bunu "neradzurra"nın baş direktoru Cüzeppe Marotta deyib.
 
Onun sözlərinə görə, komanda A seriyasında çempion ola bilməsə də, çalışdırıcının fəaliyyətindən razıdılar:
 
"Biz Simonu işdən çıxarmağı planlaşdırmırdıq. Mövqeyini gücləndirdi, bu, göz qabağındadı. Bizdə qalacaq, bu, yüz faizdi. İnzaqi gələn mövsüm də "İnter"i çalışdıracaq".
 
Qeyd edək ki, Simone İnzaqi 2021-ci ildən Milan klubunu çalışdırır. "İnter" A seriyasında 36 turdan sonra turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Komanda iyunun 10-da çempionlar Liqasının finalında "Mançester Siti" ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest