Qapıçı məşqçiləri üçün UEFA-nın B kateqoriyalı kursunun ikinci modulu başlayıb. Matc.az xəbər verir ki, bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb.
 
Bildirilib ki, məşğələ Milli Komandaların Dalğa Təlim-Məşq Mərkəzində təşkil olunub və iyunun 2-dək davam edəcək.
 
Kurslara UEFA-dan Mart Poom, yerli təlimatçılardan isə Faiq Əzizov, üzeyir İbrahimov və Vitali Kovalyov rəhbərlik edir.
 
Məşqçi kursunun üçüncü modulu sentyabrda olacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest