Fransalı hücumçu Kərim Benzema Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu ilə müqavilə imzalayıb. Matc.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
 
Ulduz futbolçunun sözləşmə müddətinin 3 illik olduğu bildirilib. 35 yaşlı forvard yeni komandasında illik 100 milyon avro maaş alacaq. Benzema iki gün əvvəl "Real"dan ayrıldığından, "Əl-İttihad"a azad agent kimi keçib.
 
Qeyd edəki, 2009-cu ildən bəri "Real"ın formasını geyinən Kərim Benzema bu müddətdə 648 oyunda 354 qol vurub, 165 assist edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest