07 İyun 2023, 17:43
FUTBOL
Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi yoldaşlıq görüşlərində qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, komandamız iyunun 8-də və 11-də gürcüstanlı həmyaşıdları ilə qarşılaşacaq.
Qəbələ şəhər stadionunda keçiriləcək hər iki görüşün hakimləri də artıq bəllidi. İyunun 8-dəki ilk oyunu Emin Əliyev idarə edəcək. Asif Abdullayev və Anar Bədəlov ona kömək edəcəksə, Namiq Bəkirov ehtiyat hakim olacaq.
üç gün sonrakı qarşılaşmada ədaləti Əli Əliyev qoruyacaq. Görüşün laynsmanları Taleh Məmmədovla Qəzənfər Məmmədov olacaq. Elvin Bayramov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Hər iki oyun saat 18:00-da başlayacaq.