"Qəbələ"nin yarımmüdafiəçisi Andrey Strijak komandanı tərk edib. Matc.az xəbər verir ki, bunu ukraynalı futbolçu özü "sport.ua" saytına açıqlamasında deyib.
 
24 yaşlı futbolçu bundan sonra karyerasını Polşada davam etdirəcəyini də gizlətməyib:
 
"Qəbələ"dən hər hansı bir təklif olmadı. Nə məşqçi, nə də rəhbərlik bu barədə bir söz dedi. Həqiqətən də, mənə yaxınlaşıb nəsə deyilmədi. Danışıq aparmaq üçün Polşaya gəlmişəm. Hansı kluba keçəcəyimi isə hələ deyə bilmərəm".
 
Qeyd edək ki, ötən ilin yayında "Qəbələ"yə keçən Andrey Strijakın Premyer Liqa klubu ulə müqaviləsi bu ayın sonunda başa çatır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest