09 İyun 2023, 10:11
FUTBOL
İrlandiya yığmasının məşhur futbolçusu Robbi Kin yüksək kirayə borcuna görə kirayəçilər yaşadığı məhkəmədən qalib ayılıb. Matc.az xəbər verir ki, keçmiş Premyer Liqa ulduzu, eyni zamanda onları malikanəsindən çıxarmağa nail olub.
Kin 74 yaşlı modelyer Sendi Sent Pol və musiqiçi Styuart Lourensə 3,8 milyon funt sterlinq dəyərində malikanə icarəyə verib. Ancaq onların kirayə borcu artıq 300 min funt sterlinqə çatıb.
Məhkəmənin qərarına əsasən, kirayəçilər villadan çıxarılıb. Onlara 292 min funt sterlinqlik borcun və 70 min funt sterlinq də hüquqi haqlara görə pul ödəmələri tapşırılıb.
Qeyd edək ki, 42 yaşlı Robbi Kin "Liverpul", "Tottenhem" və "İnter" kimi klublarda çıxış edib.