"Azarkeşlər üçün finalda qalib gəlmək istərdim". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin hücumçusu Erlinq Haland deyib. 
 
Sabah keçiriləcək çempionlar Liqasının finalı haqda danışan norveçli futbolçu bildirib ki, tarix yazmağa bir oyun qalıb: "Mən də bu tarixin bir hissəsi olmaq istərdim! Hamı bilir ki, mənsiz "Mançester Siti" çempionlar Liqasından başqa bütün kubokları qazanıb".
 
Haland 2022/2023 mövsümündə "Mançester Siti"nin heyətində bütün yarışlarda 52 oyunda 52 qol vurub və 9 məhsuldar ötürmə edib.
 
Xatırladaq ki, çempionlar Liqasının finalında "Mançester Siti" və "İnter" qarşılaşacaq. Oyun iyunun 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest