Növbəti mövsümün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə anlaşıb. Matc.az xəbər verir ki, "çərçivə"ni Mehdi Cənnədov və  Orxan Sadıqlı ilə gücləndirən "gənclik şəhəri" təmsilçisi  müdafiə xəttinə əl gəzdirir. 
 
Bu səbəbdən komanda Elvin Bədəlovla yeni müqavilə imzalayıb. 27 yaşlı müdafiəçi ilə 2 illik anlaşma əldə olunub.
 
Qeyd edək ki, 2019-cu ildən "Sumqayıt"ın şərəfini qoruyan Bədəlov bu komandada 84 oyunda meydana çıxıb.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest