"Səbail" klubunu tərk edən daha bir futbolçu müəyyənləşib. Matc.az xəbər verir ki, Bayıl təmsilçisi Turan Manafovla müqavilənin müddətini artırmayıb. 25 yaşlı futbolçunun başa çatan müqaviləsi yenilənməyib.
 
Qeyd edək ki, "Səbail" bundan əvvəl legionerlərdən Emil Martinov, Petro Stasyuk, Franko Mazurek, Luvaqa Kizito, Qustavo de Fransa  və Qoba Zakpa, yerlilərdən isə Nihad Qurbanlı, Mirabdulla Abbasov və Ruslan Hacıyevlə yollarını ayırıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest