09 İyun 2023, 16:13
FUTBOL
"Liverpul"un yarımmüdafiəçi Nabi Keyta Almaniyaya qayıdıb. Matc.az xəbər verir ki, 28 yaşlı qvineyalı karyerasını Bundesliqada davam etdirəcək. O, azad agent kimi Bremen "Verder"inə keçib.
Anlaşmının təfərrüatları açıqlanmır.
Xatırladaq ki, Keyta 2018-ci ildə "Leypsiq"dən 52,75 milyon funt-sterlinq qarşılığında "Liverpul"a keçmişdi.
O, "Liverpul"da Premyer Liqa və çempionlar Liqası da daxil olmaqla, 6 kubok qazanıb. 129 oyunda, 11 qol vurub, 7 məhsuldar ötürmə verib və 10 sarı vərəqə alıb.