PSJ-nin qapıçısı Serxio Riko yenidən komaya düşüb. Matc.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.
 
Hazırda xəstəxanada olan Rikonun 2 gün öncə vəziyyətinin getdikcə yaxşılaşdığı bildirilsə də, sonradan səhhətində ciddi problem yarandığı ortaya çıxdı. Bu gün həkimlərin yenidən sakitləşdirici vasitələrdən istifadə etdiyi məlum olub.
 
Rikonun atdan yıxılaraq kəllə-beyin travması aldığı bildirilirdi. O, Sevilyadakı xəstəxanalardan birinə yerləşdirilib və beyin qanaması diaqnozu qoyulub.  
 
Qeyd edək ki, Riko 2020-ci ildən PSJ-də çıxış edir. Qapıçının klubla müqaviləsi 2024-cü ilə qədərdir.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest