"Tarix yazmaq üçün gözəl imkanımız var. Çox çətin olacaq, amma birlikdə uğur qazanmağa çalışacağıq"

"Oyun saatı yaxınlaşdıqca gərginlik artır". Matc.az xəbər verir ki, bunu "İnter"in baş məşqçisi Simone İnzaqi çempionlar Liqasının finalında "Mançester Siti" ilə keçiriləcək oyun öncəsi mətbuat konfransında deyib.
 
Təcrübəli mütəxəssis İngiltərə təmsilçisinin gücünə baxmayaraq, yetirmələrini güvənir: "Tarix yazmaq üçün gözəl imkanımız var. çox çətin olacaq, amma birlikdə uğur qazanmağa çalışacağıq. Qarşılaşmanın "İnter" üçün nə anlama gəldiyini dərk edirik. Azarkeşlər daim bizi dəstəkləyiblər. Yarımfinalda "Milan"la hər iki derbi buna sübutdu".
 
İnzaqi "şəhərlilər"in qol silahı Erlinq Halandı zərərsizləşdirməyin yollarını da tapıb: "Halandın nə qədər güclü olduğunu bilirik. Onu saxlayacaq bir şey hazırlamışıq. Ancaq Haland və "Mançester Siti"nin tam gücdə oynamaması üçün bütün komanda yaxşı oynamalıdır. "Mançester Siti" təhlükəli hücum edir və etibarlı müdafiə olunur. Biz öz oyunumuzu göstərməyə çalışacağıq".
 
Qeyd edək ki, bu gün İstanbulda keçiriləcək "Mançester Siti" - "İnter" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest