10 İyun 2023, 09:15
FUTBOL
"Qorxmadan oynamalıyıq. Başa düşürük ki, "Mançester Siti" də hər şeyini ortaya qoyacaq"
"Rəqibi təhlil etmişik. Nəyə qadir olduğumuzu göstərəcəyik". Matc.az xəbər verir ki, bu fikirləri "İnter"in yarımmüdafiəçisi Hakan çalhanoğlu çempionlar Liqasının final oyunu barədə danışarkən deyib.
Türkiyə millisinin üzvü rəqibləri "Mançester Siti" haqda xoş fikirlər səsləndirib. Ancaq çalhanoğlu vətəni Türkiyədə baş tutacaq həlledici qarşılaşmadan qalib ayrılmaq arzusunu gizlətməyib:
"Qorxmadan oynamalıyıq. Başa düşürük ki, "Mançester Siti" də hər şeyini ortaya qoyacaq. Bu mövsüm çox böyük oyun keçirmişik. Heç bir təzyiq hiss etmirəm. Bu mövsüm digər komandaları məğlub etdikcə özünəinam qazandım. Qrupda "Barselona"ya qalib gəldik. Belə görüşlər bizə inam verdi. İndi kuboku qaldırmağı düşünürəm. Uşaq vaxtımdan bunun xəyalını qurmuşam".
Qeyd edək ki, İstanbulda baş tutacaq oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.