Azərbaycan millisinin futbolçusu Mahir Emreli Türkiyə "Konyaspor"unda qalmayacaq. Matc.azxəbər verir ki, bunu klubun icraçı direktoru Mustafa Göksu deyib.
 
Klub rəsmisi "report"a açıqlamasında bildirib ki, məşqçilər heyəti 25 yaşlı hücumçunun xidmətində maraqlı deyil.
 
Qeyd edək ki, Mahir Emreli müqavilə ilə Xorvatiyanın "Dinamo" (Zaqreb) klubuna məxsusdur. O, 2022/2023 mövsümünün ikinci yarısını icarə əsasında "Konyaspor"da keçirib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest