"Mançester Siti"nin hücumçusu Erlinq Haland çempionlar Liqasının 2022/2023 mövsümünün bombardiri olub. Matc.az xəbər verir ki, norveçli futbolçu 12 dəfə fərqlənib. 
O, qrup mərhələsində "Sevilya" ilə matçda dubla imza atıb. Dortmund "Borussiya"sı və "Kopenhagen"lə oyunda da 2 qol vuran Haland 1/8 finalda "Leypsiq"lə oyunda penta-trikə imza atıb.
Haland 1/4 finalda "Bavariya"nı da cəzalandırmışdı.
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest