12 İyun 2023, 10:11
FUTBOL
"Arzum gerçəkləşdi. Anam və atam tribunada idi. Bu anı onlara yaşada bildiyim üçün çox sevinirəm". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin futbolçusu Kayl Uoker deyib.
çempionlar Liqasını qazandıqdan sonra uşaqlıq dövrünü xatırlayan müdafiəçi bildirib ki, hər şeyə görə komandasına borcludur: "Yadımdadır, anamın dondurma almaq üçün pulu yox idi. İndi çox sevinirəm ki, anam yanımdadır. Söz tapa bilmirəm... Bu klubla uğur qazanmaq arzum gerçəkləşdi. Altı ildir bu komandadayam və bu klubun mənə verdiyi hər şeyə görə onlara həmişəlik borcluyam. Sonsuza qədər".
Qeyd edək ki, çempionlar Liqasının finalında "Mançester Siti" "İnter"i 1:0 hesabı ilə məğlub edib.