"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola yaxın iki il ərzində postundan ayrılmaq fikrində deyil. Matc.az "The Times" qəzetinə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis müqaviləsinin sonunadək komandada qalacaq. Tərəflər arasında anlaşma 2025-ci ilin yayına qədərdir.

Qeyd edilir ki, Qvardiola İngiltərədən kənarda təklif alıb, lakin ispaniyalı daha iki il "Mançester Siti"də qalmaq qərarına gəlib.

Xatırladaq ki, "Mançester Siti" son mövsümdə İngiltərə çempionu, İngiltərə kuboku və çempionlar Liqasının qalibi olub.  

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest