"Fənərbaxça" klubunun baş məşqçisi Xorxe Jezus Türkiyə kubokunun finalında "İstanbul Başakşehir" üzərində qazanılan qələbədən (2:0) sonra komandanı tərk etdiyini açıqlayıb. Matc.az "Fotomac"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis bu barədə komanda rəhbərliyinə məlumat verdiyini söyləyib. 
 
"Bu kubok həm "Fənərbaxça" üçün, həm mənim üçün vacibdir. Sondan əvvəlki tura qədər liqada mübarizəmizi davam etdirdik. Mən prezidentimizə Türkiyədə işləmək imkanına görə, eləcə də dəstək olan azarkeşlərə təşəkkür etmək istəyirəm. Onların sevgisini hər matçda hiss etdim. Bunu ona görə deyirəm ki, vidalaşmaq istəyirəm: bu gündən mən artıq "Fənərbaxça"nın məşqçisi deyiləm. Mən bunu bir neçə həftə əvvəl prezidentə dedim və potensial əvəzetmə ilə bağlı bəzi məsləhətlər verdim. Dəhşətli faciə yaşamış ölkənizi tərk etdiyimə görə üzr istəyirəm" – deyə, Jezus bildirib. 
 
Jezus sonda türk xalqına minnətdarlıq edib: "Onlar cəsarətli və gözəl insanlardır, çox emosionaldırlar. ümid edirəm ki, nə vaxtsa sizi yenidən görəcəyəm".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest