12 İyun 2023, 23:05
FUTBOL
Luka Modriç "Real"ı tərk etmək fikrində deyil. Matc.az "Marca"ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu "Əl Əhli"dən təklif alsa da, Madriddə qalmaq istəyir.
Ərəb klubu ona sərfəli müqavilə təklif edir. Modriçin maaşı mövsümdə 80 milyon avroya çata bilər.
Futbolçu isə İspaniyada qalmaqda maraqlıdır. UEFA Millətlər Liqasının oyunlarından sonra "Real"la daha bir il müddətinə müqavilə imzalayacağı gözlənilir.
Qeyd edək ki, 37 yaşlı yarımmüdafiəçi ötən mövsüm La Liqada 33 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə edib.