"Aston Villa" və "Reyncers"in keçmiş baş məşqçisi Stiven Cerrard Səudiyyə Ərəbistanda işləyəcək. Matc.az Britaniya mətbuatına istinadən xəbər verir ki, o, "Əl-İttifaq"ın sükanı arxasına keçəcək.
 
İngilis mütəxəssislə bir müddət əvvəl Yunanıstanın "Olimpiakos" və Türkiyənin "Trabzonspor" klublarının maraq göstərdiyi bildirilirdi.
ötən ilin oktyabrında "Aston Villa"dan qovulan Cerard o vaxtdan bəri işsizdir.
 
"Əl-İttifaq" ötən mövsümü Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində yeddinci yerdə başa vurub. 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest