13 İyun 2023, 08:21
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Federiko Valverde karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az "El Nacional"a istinadən xəbər verir ki, "Liverpul" futbolçu üçün təklifi 80 milyon və bonus olaraq 20 milyon avroya çatdırmağa hazırdır.
Valverde 2022/2023 mövsümündə Madrid komandasında bütün yarışlarda 56 oyuna çıxıb, 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Qeyd edək ki, "Liverpul" ötən həftə "Brayton"un oyunçusu Aleksis Mak Allister ilə müqavilə imzalayıb. Komanda 24 yaşlı yarımmüdafiəçi üçün 35 milyon avro ödəyəcək.