İngiltərənin "Mançester Yunayted" klubu satılır. Matc.az "Mirror"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas səhmdarları olan Qleyzerlər ailəsi klubu Qətər Şeyxi Casim bin Həməd Al Taniyə satmaq qərarına gəlib.  Şeyxin Qleyzerlərə komandanın digər müştərisi Cim Retkliffdən daha çox pul təklif etdiyini vurğulanır.

Müqavilənin tezliklə elan ediləcəyi bildirilir.

Qeyd edək ki, "Mançester Yunayted" 2022/2023 mövsümündə İngiltərə Premyer Liqasını 75 xalla üçüncü yerdə başa vurub.

"Mançester Yunayted" növbəti mövsümdə çempionlar Liqasındakı yerini təmin edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest