"Vilyarreal"ın futbolçusu Aleks Baena "Barselona"ya keçə bilər. Matc.az ESPN-ə istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 21 yaşlı yarımmüdafiəçini heyətinə qatmaqda maraqlıdır. 
 
Baena yanvarda klubu ilə müqaviləsini 2028-ci ilə qədər uzadıb.
 
Kataloniyalılar "Mançester Siti" ilə müqaviləsi başa çatan yarımmüdafiəçi İlkay Gündoğanın hansı qərar verəcəyini gözləyir. Maddi durum imkan versə, "Barselona" hər iki futbolçunu transfer edəcək.
 
Baena 2022/23 mövsümündə La Liqada 35 oyunda 6 qol vurub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest