Massimiliano Alleqri iş yerini dəyişmək niyyətində deyil. Matc.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, italiyalı mütəxəssis "Yuventus"un baş məşqçisi postunda qalmaq niyyətindədir. O, bu gün klub rəhbərliyi ilə görüşüb və transferlərlə bağlı planları müzakirə edib.
 
55 yaşlı italiyalı keçən həftə Səudiyyə Ərəbistanından olan klub nümayəndələri ilə görüşsə də, razılığa gəlməyib.
Alleqri 2021-ci ildən "Yuventus"u çalışdırır.  
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest