"Napoli" Luçano Spalettinin gedişindən sonra yeni baş məşqçi axtarışlarını davam etdirir. Matc.az xəbər verir ki, klub prezidenti Aurelio De Laurentis hazırda bu posta üç namizədi nəzərdən keçirir.

Siyahıda "Fulhem"dən Paulo Souza, PSJ-dən ayrılma ehtimalı olan Kristof Qaltye və apreldə "Əl-Nəsr"dən qovulan Rudi Qarsiya yer alıb. Rəhbərlik hazırda hər üç mütəxəssislə danışıq aparır.

Qeyd edək ki, "Napoli" 2022-23 mövsümündə Spalettinin rəhbərliyi altında A seriyasını qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest