"Barselona" gələn mövsümün əvvəlinə qədər komandanın maaş büdcəsini 450-470 milyon avroya endirməyi planlaşdırır. Matc.az xəbər verir ki, klubun ötən mövsüm ödənişi 656 milyon təşkil edirdisə, hazırda bu məbləğ 530 milyona bərabərdi.

Bu endirim Serxio Buskets, Jordi Alba, Jerar Pike və Memfis Depayın gedişi ilə bağlı olub. Bundan əlavə, Antuan Qrizmannın "Atletiko"ya transfer olunması da kataloniyalıları onun yüksək maaşından xilas edib.

Növbəti addım digər klublara icarəyə verilən futbolçularla yolları ayıraraq, daha 50 milyon avro irəli düşməkdi. Bunlar Klemen Lanqle, Samuel Umtiti, Serjinyo Dest, Aleks Kollado və Qustavo Mayadı. Klubun qadınlardan ibarət komandasının, eləcə də basketbol, həndbol və futzal komandalarının maaşlarına gedən 90 milyon avronun bir hissəsinin kəsilməsi də nəzərdə tutulub.

Rəhbərlik hazırkı heyətin 2020-21 mövsümündəkindən daha güclü olduğunu düşünür. çünki həmin vaxt komandanın ümumi dəyəri 730 milyon avro idisə, indi bu rəqəm 770 milyon avrodu.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest