"Zirə" heyətini təmizləməkdə davam edir. Matc.az xəbər verir ki, paytaxt klubu daha 4 futbolçusu ilə yollarını ayırdığını açıqlayıb.
 
Bildirilib ki, Ruslan Abışov, Sərtan Taşkın, Mohamed Hamdaui və Donlad Gerye komandanı tərk edib. Onlarla başa çatan müqavilənin yenilənməməsi qərara alınıb.
 
Qeyd edək ki, "Zirə" buna qədər Loris Bronyo, Hamidu Keyta, Coşqun Diniyev, Mehdi Cənnətov, Mirsayib Abbasov və Mois Adileunun da gedişini bəyan edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest