"Ayaks" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matc.az xəbər verir ki, bu posta Rotterdam "Sparta"sının sabiq çalışdırıcısı Moris Ştayn gətirilib.

49 yaşlı hollandiyalı mütəxəssislə 2026-cı ilin yayına kimi müqavilə bağlanıb.

Ştayn 2022-ci ilin aprelindən "Sparta"ya rəhbərlik edib. Onun rəhbərliyi altında komanda 2022/2023 mövsümündə Niderland çempionatında altıncı yeri tutub, Konfrans Liqasına vəsiqə uğrunda pley-off finalında "Tvente"yə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest