Premyer Liqanın gümüş mükafatçısı "Sabah"ın yeni mövsüm üçün hazırlıq proqramı müəyyənləşib. Matc.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
 
Komanda iyunun 21-də Bakıda bir araya gələcək və ayın 29-dək paytaxtda qalacaq. Murad Musayevin yetirmələri iyunun 29-da Qəbələyə yollanacaq. Oradakı toplanış isə iyulun 5-dək baş tutacaq. Azərbaycanda olduğu müddətdə bakılılar 2 yoxlama görüşü keçirəcəklər.
 
Musayev komandasını iyulun 6-da hazırlığın ikinci mərhələsi üçün Avstriyaya aparacaq. Tirol bölgəsindəki toplanış iyulun 20-də başa çatacaq. Baş məşqçi Avstriyada daha 3 yoxlama görüşündə yetirmələrini sınamağı planlaşdırır.
 
Qeyd edək ki, "Sabah" 2023/24 mövsümündə Konfrans Liqasında mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest