"Turan Tovuz" daha iki futbolçusu ilə yeni müqavilə bağlayıb. Matc.az xəbər verir ki, əyalət klubu Sadiq Quliyev və Tərlan Quliyevlə müqaviləni daha 1 il müddətinə uzadıb.
 
Müdafiəçilərlə yeni müqavilə 2023/2024-cü il mövsümünün sonunadək nəzərdə tutulub.
 
Tovuz klubunda daha öncə Kamal Bayramov, Tərlan Əhmədli və Ayxan Hüseynovla da yeni müqavilə imzalanmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest