"Qəbələ" daha iki futbolçusu ilə müqaviləni yeniləyib. Matc.az xəbər verir ki, ülvi İsgəndərov və Kristof Atanqana növbəti iki mövsümdə də "qırmızı-qara" formanı geyinəcək. 
 
Onlarla müqavilələrin müddəti 2025-ci ilin yayına qədər artırılıb. 
 
ülvi əyalət komandasının heyətində 114 oyun keçirib. Onun hesabında 19 qol var. Atanqana "qırmızı-qara" forma ilə 15 matça çıxıb.
 
Xatırladaq ki, "Qəbələ" bunadək daha dörd futbolçusu - İlkin Qırtımov, Urfan Abbasov, Murad Musayev və Emil Səfərovla anlaşmaları da yeniləyib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest