"Arsenal" "Vest Hem"in yarımmüdafiəçisi Deklan Rays üçün ilk təklifini edib. Matc.az xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

Bildirilir ki, Premyer Liqanın səhmdarlarının ümumi yığıncağında "Arsenal"ın baş icraçı direktoru Tim Lyuis və onun "Vest Hem"dəki həmkarı Karren Bredi arasında danışıqlar olub. 24 yaşlı yarımmüdafiəçi, eyni zamanda, "Mançester Siti"nin də hədəfindədi.

Qeyd edək ki, Raysın "Vest Hem"lə müqaviləsi 2024-cü ilə qədər qüvvədədi. ötən mövsüm Premyer Liqada keçirdiyi 37 oyunda 4 qol vurub, 2 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest