"çelsi"nin hücumçusu Romelu Lukakunun Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna transferi üçün maliyyə tələbləri məlum olub. Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Santi Auna özünün tviter səhifəsində paylaşıb.

Onun sözlərinə görə, Lukaku yeni klubunda ildə təxminən 90 milyon avro almaq arzusundadır. Lakin "Əl-Hilal" ona 20 milyon avro maaşla müqavilə təklif edib. Səudiyyə klubu "çelsi" ilə transfer danışıqlarına başlamağa hazır olsa da, digər namizədləri də nəzərdən keçirə bilər.

Qeyd edək ki, Belçika millisinin üzvü ötən mövsümü icarə əsasında "İnter"də keçirib. "Neradzurra"nın heyətində 30 yaşlı forvard bütün turnirlərdə 37 oyuna çıxıb, 14 qol vurub, 7 məhsuldar ötürmə verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest