15 İyun 2023, 18:43
FUTBOL
"Tottenhem"in hücuimçusu Rişarlison "Real"da oynamaq arzusunu etiraf edib. Matc.az xəbər verir ki, Braziliya millisinin üzvü bunun üçün əvvəlcə London klubunda özünü təsdiq etmək istəyindədi.
O, ingilislərlə müqaviləsinə sadiq qalmaq, ardından İspaniyaya köçmək fikrindədi:
"Əlbəttə ki, hər bir oyunçu dünyanın ən böyük klubu "Real"ın forması geyinmək istəyir. Amma "Tottenhem"lə sözləşməm var. Əvvəlcə məni niyə baha aldıqlarını göstərməliyəm".
Qeyd edək ki, Rişarlison 2022-23 mövsümündə İngiltərə Premyer Liqasında 27 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib. Onun "Tottenhem"lə sözləşməsi 2027-ci ilə qədərdi.