15 İyun 2023, 19:25
FUTBOL
"Sportinq"in yarımmüdafiəçisi Manuel Uqarte PSJ-yə transfer olunduğunu təsdiqləyib. Matc.az xəbər verir ki, Uruqvay millisinin üzvü Lionel Messinin Paris klubundan ayrılmasına üzüldüyünü də gizlətməyib.
22 yaşlı dayaq yarımmüdafiəçisi yeni komandasında böyük hədəflərə çatmağa hazır olduğunu söyləyib:
"İndi bir az dincəlmək, ardından PSJ-də hər şeyə sıfırdan başlamaq lazımdı. Böyük klubda çıxış edəcəyəm. Messinin PSJ-ni tərk etməsi təəssüf doğurur. Onunla oynamaq əla olardı, amma bu, futboldur. İstənilən halda çox xoşbəxtəm".
Qeyd edək ki, transfer PSJ-yə 60 milyon avroya başa gəlib. Uqarte ötən mövsüm "Sportinq"in heyətində bütün turnirlərdə 47 oyun keçirib.