16 İyun 2023, 18:07
FUTBOL
"İlk gündən hər şey yaxşıdır. Əhvali-ruhiyyəmiz qaydasındadır". Matc.az xəbər verir ki, bu sözlər Estoniya yığmasının hücumçusu Henri Anierə məxsusdu.
33 yaşlı forvard AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinə qarşı "Dalğa Arena"da keçiriləcək qarşılaşma öncəsi mətbuat konfransında fikirlərini bölüşüb: "çətin oyun olacaq. Ancaq sabahkı matçda qələbə qazanmaq istəyirik".
- Oyuna necə hazırlaşmısınız?
- İki istiqamətdə hazırlaşmışıq. İlk istiqamət öz oyun planımızdır. Eyni zamanda rəqibi təhlil etmişik, güclü və zəif cəhətlərini öyrənmişik. Azərbaycan yaxşı komandadır. Sabah yaranacaq boşluqlardan yararlanmağa çalışacağıq. Millinin çox oyunçuları yoxdur. Buna baxmayaraq, yaxşı hazırlaşmışıq. Birgə çalışmalı, ölkəmizi yaxşı təmsil etməliyik. Sabah göstərməliyik ki, həm qol vura, həm də qələbə qazana bilərik. Düşünürəm ki, sabaha hazırıq, özümüzü yaxşı hiss edirik. Səbirsizliklə matçı gözləyirik.
- özünüz 90 dəqiqə oynamağa hazırsınız?
- Həm mən, həm də bütün komanda hazırdır. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.