16 İyun 2023, 23:23
FUTBOL
"Torino" "Atalanta"nın rusiyalı yarımmüdafiəçisi Aleksey Mirançukun transferi üçün 7 milyon avrodan çox pul ödəmək istəmir. Matc.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, "Torino" keçən il Mirançukun icarə müqaviləsində nəzərdə tutulan 9,5 milyon avroluq satınalma və üstəgəl 1,5 milyon avro bonusu həddən artıq şişirdilmiş hesab edir. "Atalanta" Mirançukun gələcəyi ilə bağlı qərar verməyə tələsmir və onu komandaya qaytara bilər.
Turinlilər 28 yaşlı yarımmüdafiəçini daha bir il icarəyə götürmək variantını da nəzərdən keçirir.