16 İyun 2023, 23:55
FUTBOL
"Liverpul"un hücumçusu Məhəmməd Salah PSJ-yə keçə bilər. Matc.az xəbər verir ki, Fransa klubunun prezidenti Nasser əl-Xelaifi 31 yaşlı futbolçu ilə bununla bağlı Mərakeşdə görüşüb.
Onlar dünya çempionatından sonra fəal ünsiyyəti davam etdirirlər. Əl-Xelaifi Salahı argentinalı hücumçu Lionel Messinin əvəzedicisi kimi görür. Ancaq misirlinin transferi üçün sövdələşmənin reallaşması çətin hesab edilir.
Salah ötən mövsüm "Liverpul"un heyətində 38 oyunda 19 qol vurub, 12 məhsuldar ötürmə verib. Onun ingilislərlə müqaviləsi 2025-ci ilin yayına kimidi.