17 İyun 2023, 10:49
FUTBOL
"Yuventus" hücumçusu Federiko Kyezanı transferə çıxarıb. Matc.az xəbər verir ki, Turin klubu onun satışından 40 milyon avro gəlir əldə etməyi planlaşdırır.
25 yaşlı oyunçu özü isə komandada qalmaq üçün illik maaşının 5 milyon avrodan 8 milyona qaldırılmasını istəyir.
Ancaq rəhbərlik bu tələbi yüksək hesab edir. "Qoca sinyora" 2025-ci ilin yayınadək müqaviləsi olan Kyeza üçün təklifləri nəzərdən keçirməyə hazırdı. Hazırda "Arsenal" və "Nyukasl" futbolçunun xidmətində maraqlıdı.
Qeyd edək ki, Federiko Kyeza ötən mövsüm futbolçu bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub, 6 məhsuldar ötürmə verib.