U-21-in düşərgəsinə yollanan Cəlal Hüseynovdan sonra digər müdafiəçi Azər Salahlının da estonlarla qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib. "Neftçi"nin üzvü görüşü tribunadan izləyə biləcək.

Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Estoniya ilə keçirəcəyi oyunun yekun "23-lüy"ü müəyyənləşib. Matc.az saytı xəbər verir ki, baş məşqçi Canni de Byazi daha bir oyunçunu heyətdən çıxarıb.
 
U-21-in düşərgəsinə yollanan Cəlal Hüseynovdan sonra digər müdafiəçi Azər Salahlının da estonlarla qarşılaşmada iştirak etməyəcəyi dəqiqləşib. "Neftçi"nin üzvü görüşü tribunadan izləyə biləcək.
 
Qeyd edək ki, bu gün "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest