AVRO-2024-ün seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq Estoniya yığmasının yekun "23-lüy"ü bəlli olub. Matc.az xəbər verir ki, baş məşqçi Tomas Heberli dəvət göndərdiyi 25 oyunçudan 2-ni iştirak ərizəsinə salmayıb.
 
Belə ki, müdafiəçilər Conas Tamm və Edqar Tur "Dalğa Arena"dakı görüşdə çalışdırıcının sərəncamında olmayacaq. Onlar matçı tribunadan izləməklə kifayətlənəcəklər.
 
Qeyd edək ki, bu gün keçiriləcək Azərbaycan – Estoniya görüşü saat 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest